Bank Of Baku

Branimir Subaşiç: “Məni Serbiyaya qol vurmaqdan daha çox Azərbaycan yığmasının nəticə qazanması maraqlandırır”

Branimir Subaşiç: “Məni Serbiyaya qol vurmaqdan daha çox Azərbaycan yığmasının nəticə qazanması maraqlandırır”
# 16 oktyabr 2007 15:17 (UTC +04:00)
“Məni Serbiyaya qol vurmaqdan daha çox Azərbaycan yığmasının uğurlu çıxış edib, nəticə qazanması maraqlandırır. Şərəfini qoruduğum komandanın qələbə qazanması üçün əlimdən gələni əsirgəməyəcəyəm”. Bu fikirləri “APA-Sport” agentliyinə açıqlamasında Azərbaycan milli komandasının serbiyalı hücumçusu Branimir Subaşiç söyləyib. Üç ildir “Neftçi” klubunda çıxış edən 25 yaşlı futbolçunun sözlərinə görə, onun üçün həmvətənləri ilə sabahkı görüş prinsipial xarakter daşımayacaq: “Serbiya ilə oyun prinsipial yox, adi bir oyun olacaq. Həmvətənlərimlə görüşə hər bir matça olduğu kimi hazırlaşıram. Serbiyaya mütləq qol vuracağımı deyə bilmərəm. Ancaq onu deyə bilərəm ki, qol vurmağa çalışacağam. Bunun üçün bütün gücümü meydanda qoyacağam. Həmvətənlərimə qol vursam, buna əvvəllər fərqləndiyim zaman olduğu kimi, sevinəcəyəm”. B.Subaşiç bildirib ki, hazırda Serbiya millisinin şərəfini qoruyan futbolçularla bir yerdə oynadığından onlarla qiyabi tanışlığım var: “Serbiya millisinin oyun üslubuna bələd olmağım və onların bir neçə aparıcı müdafiəçisinin çıxış etməməyi sabahkı görüşdə xeyrimə olan amildir”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR