Bank Of Baku

Azərbaycan yığmasının Serbiya ilə oyuna start heyəti açıqlanıb

Azərbaycan yığmasının Serbiya ilə oyuna start heyəti açıqlanıb
# 16 oktyabr 2007 15:49 (UTC +04:00)
Azərbaycan milli komandasının Serbiya yığması ilə sabahkı oyuna start heyəti açıqlanıb. “APA-Sport” agentliyinin məlumatına görə, baş məşqçi Şahin Diniyev oktyabrın 13-də Portuqaliya ilə Bakıda keçirilən görüşlə müqayisədə əsas heyətdə beş dəyişiklik edib. Saşa Yunisoğlu, Elvin Əliyev, Aslan Kərimov, Emin İmaməliyev, İlqar Qurbanovu Ramin Quliyev, Zaur Həşimov, Alim Qurbanov, Ramazan Abbasov və Ceyhun Sultanov əvəzləyib. R.Quliyevlə Z.Həşimov müvafiq olaraq müdafiənin sol və sağ, A.Qurbanovla R.Abbasov yarımmüdafiənin sol və sağ cinahında çıxış edəcək. C.Sultanov həmişə olduğu kimi, oyun qurucusu funksiyasını yerinə yetirəcək. Belə olan halda, E.Quliyev dayaq yarımmüdafiəçisi mövqeyinə çəkiləcək ki, Aleksandr Çertoqanov da ona bu mövqedə yardımçı olacaq. Portuqaliya ilə görüşdə Saşa Yunisoğlu Samir Abbasovla xətti müdafiəni təşkil edirdisə, Serbiya ilə oyuna millimiz 4-4-2 yox, 3-5-2 taktiki sxem ilə çıxacaq. Qeyd edək ki, Portuqaliya ilə görüşdə olduğu kimi meydana çıxan altı futbolçu arasında A.Çertoqanov və E.Quliyevlə yanaşı, qapıçı Fərhad Vəliyev, son müdafiəçi Samir Abbasov, hücumçular Samir Əliyevlə Branimir Subaşiç yer alıb. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR