Bank Of Baku

AFFA prezidenti Yozef Blatterlə Mişel Platinini Bakıda müşayiət edə bilməyəcək

AFFA prezidenti Yozef Blatterlə Mişel Platinini Bakıda müşayiət edə bilməyəcək
# 16 oktyabr 2007 16:29 (UTC +04:00)
AFFA-nın prezidenti Ramiz Mirzəyev bu gün Bakıya gələn FİFA və UEFA prezidentləri Yozef Blatterlə Mişel Platininin Heydər Əliyev Beynəlxalq Hava Limanında qarşılanma mərasimində iştirak etməyib. R.Mirzəyev ümumiyyətlə, ali qonaqları Bakıda olduqları müddətdə müşayiət etməyəcək. Bu barədə “APA-Sport” agentliyinə məlumat verən AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Quliyevin sözlərinə görə, buna səbəb AFFA prezidentinin hazırda xarici ölkələrdən birində müalicəsi edilməsidir. Əvəzində Y.Blatterlə M.Platinini gənclər və idman naziri Azad Rəhimov, AFFA-nın vitse-prezidenti Elşad Nəsirov və federasiyanın baş katibi Elxan Məmmədov qarşılayıb. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR