Bank Of Baku

Yozef Blatterlə Mişel Platini AFFA-nın inzibati binasının açılış mərasimində iştirak ediblər

Yozef Blatterlə Mişel Platini AFFA-nın inzibati binasının açılış mərasimində iştirak ediblər
# 17 oktyabr 2007 08:53 (UTC +04:00)
Bu gün FİFA və UEFA prezidentləri Yozef Blatterlə Mişel Platinin iştirakı ilə AFFA-nın mənzil-qərargahının açılış mərasimi keçirilib. “APA-Sport” agentliyinin məlumatına görə, tədbirdə gənclər və idman naziri Azad Rəhimov, AFFA-nın baş katibi Elxan Məmmədovla yanaşı, Serbiya Futbol Federasiyasının prezidenti, Ukrayna Futbol Federasiyasının vitse-prezidenti, Türkiyə Futbol Federasiyasının nümayəndəsi də iştirak edib. Tədbiri giriş sözü ilə açan E.Məmmədov iştirakçıları salamlayaraq, FİFA və UEFA prezidentinə tədbirə qatıldıqları üçün öz minnətdarlığını bildirib. O “Het-Trik”, “Qol” proqramlarının və dövlətin futbola göstərdiyi qayğıdan danışıb: “Şəfa” İdman-Sağlamlıq Mərkəzi və 40 sintetik örtüklü meydançanın inşası ilə yanaşı, Tofiq Bəhramov adına Respublika stadionunda yenidənqurma işləri görülüb. Ölkə başçısı İlham Əliyevin sərəncamı ilə futbolun inkişafı ilə dövlət proqramına əsasən işlər görülür”. M.Platini çıxışına vətənində çəkilən məsəldən başlayıb: “Nigah uzunmüddətli olanda cavan olar. FİFA, UEFA və AFFA-nın bu üç tərəfli əməkdaşlığı çox vacibdir. Açılış mərasimində iştirak edən gənc futbolçuların təbəssümünü görərək, çox sevinirəm”. Y.Blatter açılış mərasimində AFFA prezidenti Ramiz Mirzəyevin iştirak edə bilmədiyindən təəssüfləndiyini bildirib: “Çox təəssüf ki, yaxın dostum Ramiz Mİrzəyev belə möhtəşəm gündə yanımızda deyil. Gəlin, bu enerjimizdən ona göndərək. Bu gün Azərbaycanın futbol evinin açılışında iştirak edirik. Adətən binanın təməli möhkəm olanda, uzun müddət yaşayır. Azərbaycan futbol ailəsinə uğurlar arzulayıram”. A.Rəhimov çıxışında tarixə boylanmağı lazım bilib: “Yaxşı yadımdadır, iki il dörd gün öncə buralar biyabanlıq idi. Həmin vaxt AFFA-nın yeni mənzil-qərargahının inşası üçün seçdiyimiz yerdə hazırda gözəl bina ucaldılıb. Azərbaycanda idman obyektlərinin, futbol meydançalarının inşasından dövlətin qayğısı mühüm yer tutur”.
Qeyd edək ki, Y.Blatterlə M.Platini qırmızı lenti kəsməklə AFFA-nın mənzil-qərargahının açılışını reallaşdırıblar. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR