Bank Of Baku

Serbiya yığmasının kapitanı Deyan Stankoviç Bakını tərk edib

Serbiya yığmasının kapitanı Deyan Stankoviç Bakını tərk edib
# 17 oktyabr 2007 09:51 (UTC +04:00)
Serbiya millisinin kapitanı Deyan Stankoviç Bakını tərk edib. “APA-Sport” agentliyinin məlumatına görə, cəza səbəbindən Azərbaycan millisi ilə bugünkü oyunu buraxan hücuma meylli yarımmüdafiəçisi saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçı izləməkdən imtina edib. D.Stankoviç şərəfini qoruduğu İtaliyanın “İnter” klubunun düşərgəsinə yollanmağı Bakıda vaxt itirməkdən üstün tutub. Milana yollanan 29 yaşlı futbolçu “Neftçi”də çıxış edən həmyerlisi Vladimir Miçoviçlə görüşündə Bakını əvvəl gördüyü ilə müqayisədə xeyli gözəlləşdiyini və Azərbaycanla budəfəki görüşdə iştirak edə bilməyəcəyinə görə təəssüfləndiyini bildirib. D.Stankoviç Serbiyanın 2003-cü il iyununda millimizə Bakıda 1:2 hesabı ilə məğlub olduğu matçın iştirakçısı olub. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR