Bank Of Baku

İngiltərə milli komandasının azarkeşləri Moskvada döyülüblər

İngiltərə milli komandasının azarkeşləri Moskvada döyülüblər
# 17 oktyabr 2007 10:35 (UTC +04:00)
Bu gün Rusiya yığması ilə Avropa çempionatının seçmə qrup oyununda qarşılaşacaq İngiltərə milli komandasının azarkeşləri Moskvada hücuma məruz qalıblar. “APA-Sport” agentliyinin məlumatına görə, Rusiya paytaxtında qeydə alınan iki insident nəticəsində beş ingilis fanat xəsarət alıb. İlk toqquşma “Kosmos” mehmanxanası yaxınlığındakı VDNX metro stansiyasının yeraltı keçidində baş verib. Zərərçəkənlərin sözlərinə görə, onlara naməlum şəxslər tərəfindən hücum edilib. İngilis azarkeşlər qaldıqları “Kosmos” otelinə qayıdıblar və qorxularından oyunu stadionda deyil, elə öz nömrələrində izləmək fikrindədirlər. Yeni Arbat küçəsində reallaşan digər insident zamanı isə naməlum şəxs britaniyalı azarkeşə hücum edərək, sifətinə zərbə endirib. Zərərçəkənə tibbi yardım göstərilib, onun ciddi zədə almadığı məlum olub. Əcnəbiyə hücum etməkdə şübhəli bilinən şəxs saxlanılıb. Qeyd edək ki, Rusiya İngiltərə matçı Bakı vaxtı ilə saat 20:00-da başlanacaq. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR