Bank Of Baku

Rahid Əmirquliyev Azərbaycan yığmasına cəlb edilib

Rahid Əmirquliyev Azərbaycan yığmasına cəlb edilib
# 17 oktyabr 2007 13:09 (UTC +04:00)
“Xəzər-Lənkəran” klubunun 18 yaşlı yarımmüdafiəçisi Rahid Əmirquliyev Azərbaycanın olimpiya yığmasına cəlb edilib. “APA-Sport” agentliyinin məlumatına görə, olimpiya yığmamızın baş məşqçisi Şakir Qəribov Albaniya ilə bugünkü rəsmi oyunda cari mövsümdə meydana çıxmayan R.Əmirquliyevin xidmətinə ehtiyac duyub. R.Əmirquliyevi Farer adalarına aparmayan Ş.Qəribov Bakıya qayıtdıqdan sonra futbolçuya dəvət göndərib. Zədə səbəbindən üç aydır çıxış etməyən və oyun praktikası sarıdan ciddi korluq çəkən yarımmüdafiəçiyə Albaniya ilə matçda start heyətdə yer verilib. R.Əmirquliyev artıq matçın ilk dəqiqələrində etimadı doğrultmaq imkanı qazansa da, bundan yararlana bilməyib. Belə ki, futbolçu Albaniyanın qapısına təyin edilən penalti zərbəsini dəqiq yerinə yetirməyib.
Qeyd edək ki, R.Əmirquliyev üzvü olduğu Azərbaycanın 19 yaşlılardan ibarət yığma komandasının son hazırlıq prosesində iştirak etməyib. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR