Bank Of Baku

Yozef Blatterə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının fəxri doktoru adı verilib

Yozef Blatterə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının fəxri doktoru adı verilib
# 17 oktyabr 2007 13:10 (UTC +04:00)
FİFA prezidenti Yozef Blatterə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) fəxri doktoru adı verilib. “APA-Sport” agentliyinin məlumatına görə, Y.Blatter bu ada Naxçıvana ölkə prezidenti İlham Əliyevlə görüşə yollanmazdan əvvəl ADBTİA-nın akt zalında tələbələrlə görüşü zamanı layiq görülüb. FİFA başçısı ilə birgə Bakıya səfər edən UEFA prezidenti Mişel Platini də tələbələrlə görüşdə iştirak edib. Qeyd edək ki, Y.Blatter üç il öncə Bakıya səfəri zamanı İ.Əliyevin sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif olunub. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR