Bank Of Baku

Azərbaycanın olimpiya yığması iki ildən sonra ilk xalını qazanıb

Azərbaycanın olimpiya yığması iki ildən sonra ilk xalını qazanıb
# 17 oktyabr 2007 14:20 (UTC +04:00)
Azərbaycanın olimpiya yığma komandası Avropa çempionatının cari seçmə mərhələsində ilk xalını qazanıb. “APA-Sport” agentliyinin məlumatına görə, Şakir Qəribovun baş məşqçisi olduğu yığmamızın Albaniya ilə bu gün İsmət Qayıbov adına Bakıxanov adına qəsəbə stadionunda keçirdiyi görüşü 1:1 hesabı ilə başa çatıb. Oyunun əvvəlində Rahid Əmirquliyevin simasında penalti zərbəsini dəqiq yerinə yetirməyən millimiz hesabı 74-cü dəqiqədə açıb. Azərbaycan milli komandasının üzvü olan “Xəzər-Lənkəran”ın hücumçusu Vüqar Nadirov başla topu qapıdan keçirib. Albaniyalılar buna 7 dəqiqə sonra başla vurduğu qolla cavab verib. Bu, olimpiya yığmamızın iki ildən sonra rəsmi matçda qazandığı ilk xal olub. Komandamız indiyədək 2005-ci ilin sentyabrın 6-da Avstriya ilə “Şəfa” stadionunda keçirilən oyunu qolsuz bərabərliklə (0:0) başa vurmaqla xal qazanıb. Maraqlıdır ki, V.Nadirov həmin matçda rəqibi vurduğu üçün qırmızı vərəqə alaraq, meydandan qovulub. Beş oyundan sonra 1 xalla qrup sonuncusu olan olimpiyaçılarımız növbəti rəsmi oyununu noyabr 17-də səfərdə İtaliya yığması ilə keçirəcək.
Qeyd edək ki, qrupumuzun lideri olan İtaliya keçirdiyi son matçda səfərdə Yunanıstanla 2:2 hesablı bərabərliyə qalıb. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR