Bank Of Baku

Ağasəlim Mircavadov: “Ceyhun Sultanovun milli komandaya çağırılması düzgün deyil”

Ağasəlim Mircavadov: “Ceyhun Sultanovun milli komandaya çağırılması düzgün deyil”
# 17 oktyabr 2007 15:01 (UTC +04:00)
“Ceyhun Sultanov Serbiya ilə oyuna hazır deyil”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında Azərbaycan milli komandasının sabiq baş məşqçisi Ağasəlim Mircavadov deyib. Hazırda ölkə çempionu “Xəzər-Lənkəran” klubunu çalışdıran A.Mircavadovun sözlərinə görə, C.Sultanovun Serbiya ilə matça çağırılacağını gözləmirmiş: “Ceyhuna istirahət lazım olduğundan, ona bir həftə Bakıdan kənarda istirahət etməsinə imkan yaratmışdım. Şahin Diniyev futbolçumuzu Serbiya ilə görüşə çağıracağını mənə deməyib. Bununla bağlı, klubumuza faks da daxil olmayıb. Ceyhunun Serbiya ilə matça çağırıldığını futbolçunun özündən xəbər tutdum”. A.Mircavadov futbolçunun hazır olmadığından, milli komandaya çağırılmasının düzgün olmadığını söyləyib: “Ceyhunun milli komandaya kömək etmək istədiyini hiss etdim. Başa düşürəm ki, Azərbaycan yığmasına hamımız bacardığımız köməyi göstərməliyik. Ancaq əsas məsələ futbolçunun hazır olub-olmamağıdır. Amma Sultanov bir həftə məşq etməyib. Oyuna üç gün qalmış hazırlığa cəlb olunduğu halda, necə hazır ola bilər? Özü də rəqib Serbiya kimi güclü komandadır”. Portuqaliya və Serbiya ilə oyunlara açıqlanan heyətdə C.Sultanova yer verən milli komandanın baş məşqçisi Şahin Diniyev sonradan futbolçunu səhhətindəki problemləri, fiziki yorğunluğunu və psixoloji gərginliyini nəzərə alaraq, heyətdən azad edib. Serbiya ilə matçda üç futbolçunun Aslan Kərimov, Emin İmaməliyev və Mahir Şükürovun xidmətindən yararlana bilməyən Ş.Diniyev Portuqaliya ilə görüşdən sonra “Xəzər-Lənkəran”ın yarımmüdafiəçisinə yenidən dəvət göndərib. Serbiya ilə matçda A.Kərimovun yoxluğunda kapitan sarğısı C.Sultanova etibar olunub. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR