Bank Of Baku

Marko Panteliç: “Avropada statusumuzu qorumaq üçün mütləq Azərbaycanı məğlub etməliyik”

Marko Panteliç: “Avropada statusumuzu qorumaq üçün mütləq Azərbaycanı məğlub etməliyik”
# 17 oktyabr 2007 15:24 (UTC +04:00)
“Hazırda Serbiya milli komandası çətin vəziyyətdədir. Ağır böhran keçiririk və taleyimiz öz əlimizdə deyil. Bizim yalnız bir yolumuz var Azərbaycan millisini məğlub etmək və digər stadionlardan xoş xəbərlər gözləmək. Avropada statusumuzu qorumaq üçün mütləq Azərbaycanı məğlub etməliyik”. “APA-Sport” agentliyinin məlumatına görə, bu fikirləri Serbiya millisinin hücumçusu Marko Panteliç deyib. Almaniyanın “Herta” klubunda çıxış edən M.Panteliç Bakıdakı oyuna ciddi itkilərlə çıxacaqlarına görə ruhdan düşmədiyini qeyd edib: “Azərbaycanla görüşdə beş təcrübəli futbolçumuzun xidmətindən məhrumuq. Buna görə də qalan futbolçular komandaya düzgün istiqamət göstərməlidir. Mən optimistəm. Bir-birimizi dəstəkləməliyik. Biz Azərbaycanla döyüşə hazırıq və qələbəyə ümid edirik”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR