Bank Of Baku

Şahin Diniyev istefa verib

Şahin Diniyev istefa verib
# 18 oktyabr 2007 07:36 (UTC +04:00)
Bununla bağlı AFFA rəhbərliyi ilə 40 dəqiqə söhbət edən baş məşqçinin istefası qəbul edilməyib. Oyundan sonra Ş.Diniyev postundan getməsini belə izah edib: “Özünə hörmət edən məşqçi belə böyük hesablı məğlubiyyətdən sonra istefa verməlidir. Baş katib Elxan Məmmədova və vitse-prezident Elşad Nəsirova istefa istəyimi çatdırmışam. Onlar mənə qarşıdakı iki matçı da yola verdikdən sonra bu haqda fikirləşəcəklərini söz veriblər. Onlar iki oyun üçün tez bir zamanda yeni baş məşqçi tapılmasının çətin olduğunu deyiblər. Bu görüşləri sağlamlığım bahasına başa gəlsə də, yola verməliyəm”.
Qeyd edək ki, Azərbaycan yığması noyabrın 17-də səfərdə Finlandiya, dörd gün sonra isə Bakıda Belçika ilə görüşəcək. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR