Bank Of Baku

Serbiya yığması Bakıda Azərbaycanı darmadağın edib

Serbiya yığması Bakıda Azərbaycanı darmadağın edib
# 18 oktyabr 2007 07:59 (UTC +04:00)
Azərbaycan milli komandası 2008-ci il Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində Bakıda keçirdiyi görüşlərdə ardıcıl üçüncü məğlubiyyətini alıb. “APA-Sport” agentliyinin məlumatına görə, indiyədək Tofiq Bəhramov adına Respublika stadionunda Polşa və Portuqaliyaya iki top fərqi ilə məğlub olan yığmamız Serbiya millisi tərəfindən darmadağın olub 1:6. Serbiyalılar böyük hesablı qələbəni artıq oyunun birinci hissəsində təmin ediblər. Ötən ilin sentyabrında Belqraddakı görüşdə qələbəni gətirən yeganə qolun müəllifi olan Nikola Jiqiç fasiləyədək iki dəfə - 18 və 43-cü dəqiqələrdə fərqlənib. Digər dörd qolunun müəllifləri Duşan Toşiç (4), Boşko Yankoviç (41), Milan Yovanoviç (75), Danko Lazoviç (81) olub. Yığma komandamızın yeganə qolunu 26-cı dəqiqədə Samir Əliyev vurub. 10 oyundan sonra 5 xalla qrupda sonuncu yerdə qərarlaşan Azərbaycan növbəti matçını noyabrın 17-də səfərdə Finlandiya yığması ilə keçirəcək. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR