Bank Of Baku

Şahin Diniyev: “Mən hamıdan, bütün azarkeşlərdən, futbol ictimaiyyətindən, jurnalistlərdən üzr istəyirəm”

Şahin Diniyev: “Mən hamıdan, bütün azarkeşlərdən, futbol ictimaiyyətindən, jurnalistlərdən üzr istəyirəm”
# 18 oktyabr 2007 08:14 (UTC +04:00)
“Mən hamıdan, bütün azarkeşlərdən, futbol ictimaiyyətindən, jurnalistlərdən üzr istəyirəm. Bu utandırıcı nəticəyə görə, kimsə cavab verməlidir. Həmin cavabdeh şəxs də mənəm. Bütün məsuliyyətimi öz üzərimə götürərək, günahı nə futbolçularda, nə azarkeşlərdə, nə hakimdə, nə rəqibdə, nə də AFFA rəhbərliyində görürəm”. “APA-Sport” agentliyinin məlumatına görə, bu fikirləri Azərbaycan milli komandasının baş məşqçisi Şahin Diniyev Serbiyaya Bakıda 1:6 hesablı məğlubiyyətdən sonra keçirilən mətbuat konfransında deyib. Ş.Diniyev oyun haqda danışmaq istəməyib: “Oyunla bağlı heç bir fikir bildirmək istəmirəm. Çünki hər şey aydındır. Doğrudan da, bu gün mənim üçün ən qara gündür. Sizdən xahiş edirəm, artıq sual verməyin, səbəb axtarmayın. Səbəb mənim özümdədir. Xahiş edirəm, bu iki oyunu da mənə görə dözün. Yəqin ondan sonra yığmaya yeni nəfəs gətirərlər. Sizlərə belə ağır gecə yaşatdığımız üçün bir daha bütün komanda adından üzr istəyirəm. Məni başa düşənlərə minnətdaram”.
Qeyd edək ki, Ş.Diniyev Serbiyaya böyük hesablı məğlubiyyətdən sonra istefa versə də, AFFA rəhbərliyi bunu qəbul etməyib. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR