Bank Of Baku

Xavyer Klemente: “Azərbaycanla oyun tarixə düşdü”

Xavyer Klemente: “Azərbaycanla oyun tarixə düşdü”
# 18 oktyabr 2007 08:16 (UTC +04:00)
“Milli komandanızla oyuna ciddi hazırlaşmışdıq. Komandam həm fiziki, həm də taktiki baxımdan tam hazırlıqlı idi. Hesabın belə olacağını gözləmirdik. Azərbaycanla görüşdə bəxtimiz onda gətirdi ki, erkən qol vurduq”. “APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri Azərbaycan yığmasını 6:1 hesabı ilə darmadağın edən Serbiya milli komandasının baş məşqçisi Xavyer Klemente matçdan sonra keçirilən mətbuat konfransında deyib. İspaniyalı mütəxəssis erkən qol vurmağın nəticəyə böyük təsir göstərdiyini qeyd edib: “Yaddan çıxartmaq lazım deyil ki, beş aparıcı futbolçumuz Azərbaycanla görüşdə iştirak etmədi. Erkən qolu vurduqdan sonra bizə oynamaq daha asan oldu. Çünki məğlubiyyətlə barışmaq istəməyən Azərbaycan yığması daha çox hücum etməyə başladı. Belə olan halda, milli komandanızın oyununda boşluqlar yaranmağa başladı ki, futbolçularımız bundan lazımınca yararlandı. Yetirmələrim verilən tapşırıqları tam yerinə yetirdilər. Buna görə də onlardan tam razıyam. Baxmayaraq ki, yeganə qolu öz səhvimizdən buraxdıq. Bəzi epizodlarda Azərbaycan yığmasının bəxti gətirmədi. Bu matç artıq tarixdə qaldı və qarşıdakı iki oyunda qələbə qazanıb, Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmaq məqsədindəyik”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR