Bank Of Baku

Ceyhun Sultanov: “Serbiyaya böyük hesabla uduzmağı düşünmürdük”

Ceyhun Sultanov: “Serbiyaya böyük hesabla uduzmağı düşünmürdük”
# 18 oktyabr 2007 09:03 (UTC +04:00)
“Serbiyaya nəinki belə böyük hesabla məğlub olmağı, ümumiyyətlə, uduzmağı düşünmürdük. Biz hücuma keçirdik, rəqib qol vururdu. Topu qapımızdan asanlıqla keçirmələrinin qarşısını ala bilmirdik. Mən hələ belə şey görməmişdim”. “APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri Azərbaycan milli komandasının yarımmüdafiəçisi Ceyhun Sultanov deyib. Serbiyaya 1:6 hesabı ilə məğlub olduğumuz görüşdə kapitan sarğısını daşıyan C.Sultanovun sözlərinə görə, rəqibin üçüncü qolun vurması nəticəyə böyük təsir göstərib: “Üçüncü qolu buraxdıqdan sonra komanda “sındı”. Biz serblərdən üstün futbol oynayırdıq. İki qol buraxdıqdan sonra oyunda dönüş yaradaraq, hesab arasında fərqi azaltdıq. Həmin vaxtadək vəziyyət yaxşı olduğu halda, birdən-birə hər şey bərbad oldu. Qol vurmaq üçün imkandan istifadə etməmək əvəzinə üçüncü qolu buraxdıq. Bununla da, komanda ruhdan düşdü və oyunun taleyi həll olundu”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR