Bank Of Baku

Ruben Ayrapetyan: “Azərbaycanla neytral meydanda görüşmək, yaxud ümumiyyətlə oynamamaq variantı ilə heç vaxt razılaşmamışam”

Ruben Ayrapetyan: “Azərbaycanla neytral meydanda görüşmək, yaxud ümumiyyətlə oynamamaq variantı ilə heç vaxt razılaşmamışam”
# 18 oktyabr 2007 09:58 (UTC +04:00)
“Azərbaycanla neytral meydanda görüşmək, yaxud ümumiyyətlə oynamamaq variantı ilə heç vaxt razılaşmamışam”. “APA-Sport” agentliyinin məlumatına görə, bu fikirləri Ermənistan Futbol Federasiyasının prezidenti Ruben Ayrapetyan deyib. FİFA və UEFA prezidentləri Yozef Blatter və Mişel Platini ilə İrəvanda keçirilən mətbuat konfransında R.Ayrapetyan bildirib ki, Azərbaycan yığması ilə oyunun keçirilməsi üçün təhlükəsizliyə təminat verilib: “Həm Ermənistan Futbol Federasiyası, həm də ölkə rəhbərliyi bütün təhlükəsizliyə təminat verirdi. Bununla bərabər, biz Bakıda səfər oyununu keçirməyə hazır olduğumuzu da bəyan etmişdik”. M.Platini isə erməni prezidentlə həmrəy olduğunu nümayiş etdirib: “Ayrapetyanın dediklərini təsdiqləyirəm. Həqiqətən də vəziyyət ağır idi və bu problem təkcə Ermənistanla bağlı deyildi. Burada, həmçinin insan, şəxsiyyət, futbolçu söhbəti var idi. Məhz ekspertlərin rəyindən sonra UEFA oyunların keçirilməməyi ilə bağlı qərar qəbul etdi. Halbuki, bu qərarımız heç də yaxşı deyildi. Gələcəkdə belə problemlər olmayacaq”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR