Bank Of Baku

Boşko Yankoviç: “Azərbaycanla görüşün ağır keçəcəyini gözləyirdik”

Boşko Yankoviç: “Azərbaycanla görüşün ağır keçəcəyini gözləyirdik”
# 18 oktyabr 2007 11:40 (UTC +04:00)
“Branimir Subaşiç yaxşı futbolçu, yaxşı insan olsa da, onun üçün Serbiyaya qarşı oynamaq çətin idi. Çünki Serbiya vətənidir, ailəsi də orada yaşayır”. “APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri Serbiya yığmasının hücumçusu Boşko Yankoviç deyib. İspaniyanın “Malyorka” klubunda çıxış edən futbolçu Ermənistanla səfər matçından sonra Bakıda vacib qələbə qazandıqlarını qeyd edib. Azərbaycan yığmasının qapısına vurulan üçüncü qolun müəllifi olan B.Yankoviçin sözlərinə görə, məhz onun vurduğu qol matçın taleyini həll edib: “Hesabda 2:1 irəlidə olarkən komandanız yaxşı oyun nümayiş etdirirdi. Ancaq vurduğum qoldan sonra hər şey xeyrimizə dəyişdi. Bu matç mənim üçün əla alındı. Azərbaycanla görüşün ağır keçəcəyini gözlədiyimiz halda, əksi baş verdı”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR