Bank Of Baku

Branislav İvanoviç: “Subaşiç bizə qoleador bacarığını göstərmək istəyirdi”

Branislav İvanoviç: “Subaşiç bizə qoleador bacarığını göstərmək istəyirdi”
# 18 oktyabr 2007 11:51 (UTC +04:00)
“Subaşiç bizimlə görüşə böyük motivasiya ilə çıxaraq, qoleador bacarığını göstərmək istəyirdi”. “APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri Serbiya milli komandasının üzvü Branislav İvanoviç deyib. Rusiyanın “Lokomotiv” klubunun da şərəfini qoruyan müdafiəçi bu ilin martında milliləşdirilərək Azərbaycan yığmasının heyətinə cəlb olunan B.Subaşiçi yaxşı futbolçu hesab edib: “Lakin onun üçün həmvətənlərinə qol vurmaq çətin idi. Branimir bunu bacarsaydı, bizə daha çətin olacaqdı”. B.İvanoviç bildirib ki, Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda Azərbaycana qarşı keçirilən matçda qələbə qazanmaq çox vacib idi: “Oyuna ciddi hazırlaşmışdıq. Ötən həftə Ermənistanda iki xal itirdiyimizə görə, bu dəfə rəqibi məğlub etməliydik”. Yığmamızın 1:6 hesablı məğlubiyyəti ilə başa çatan görüşdə 5-ci qolun müəllifi Milan Smilyaniç isə qələbəyə layiq olduqlarını vurğulayıb. İspaniyanın “Espanyol” klubunun yarımmüdafiəçisi qeydə alınan böyük hesablı qələbədən təəccübünü gizlətməyib: “Azərbaycanın öz meydanında yaxşı təsir bağışladığını bilirdik. Ancaq bu gün biz güclü idik. Hesab oyuna görə olmadı. İstənilən halda, bu, bizim üçün əla nəticədir”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR