Bank Of Baku

Ramiz Mirzəyev İsraildə müalicə olunur

Ramiz Mirzəyev İsraildə müalicə olunur
# 18 oktyabr 2007 13:02 (UTC +04:00)
Səhhətində problemlər yaranan AFFA prezidenti Ramiz Mirzəyev hazırda İsraildə müalicə olunur. Bu haqda “APA-Sport” agentliyinə AFFA-nın baş katibinin müavini Ələddin Ağayi məlumat verib. Onun sözlərinə görə, R.Mirzəyevin müalicəsi oktyabrın sonlarında başa çatacaq: “Hazırda Ramiz Mirzəyevin səhhəti normaldır. O, daha bir kurs müalicə edilməlidir”. Ə.Ağayi bildirib ki, AFFA prezidenti müalicə olunmasına baxmayaraq, Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmiş Azərbaycan Serbiya matçını izləyib: “Ramiz müəllim AzTV vasitəsi ilə yığmamızın Serbiya qarşı keçirdiyi oyuna baxıb. Təbii ki, nəticədən razı qalmayıb”. Bu ayın sonlarında vətənə qayıdacaq R.Mirzəyev bir neçə gün istirahət edəcək. Assosiasiya rəhbərinin iş fəaliyyətini noyabrın əvvəllərində bərpa edəcəyi gözlənilir. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR