Bank Of Baku

Rasim Kara: “Azərbaycan yığmasını tanımadım”

Rasim Kara: “Azərbaycan yığmasını tanımadım”
# 18 oktyabr 2007 13:20 (UTC +04:00)
“Serbiya ilə görüşdə Azərbaycan yığmasını tanıya bilmədim”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında Ağdamın “Qaraba𔝠klubunun baş məşqçisi Rasim Kara deyib. AFFA-nın Məşqçilər Şurasının üzvü olan türkiyəli mütəxəssisin sözlərinə görə, Azərbaycan millisinin Serbiyaya 1:6 hesablı məğlubiyyətindən çox üzülüb: “Stadiondan izlədiyim matçda Azərbaycan yığmasını tanımadım. Finlandiya üzərində qələbə qazanan komandadan əsər-əlamət yox idi. Meydanda nə yaxşı müdafiə olunan, nə də pressinq edən komanda gördüm”. Aslan Kərimov cəzalı olduğu üçün Serbiya ilə matçda “Qaraba𔝠yalnız bir futbolçu, qapıçı Fərhad Vəliyev ilə təmsil olunmuşdu. Zəif təsir bağışlayaraq, 4 qol buraxan F.Vəliyev fasilədə əvəzləndi. Futbolçu karyerası dövründə qapıçı kimi çıxış edən R.Kara yetirməsinin oyundan ciddi narazı qalmayıb: “Düzdür, Fərhadın xətaları var idi. Ancaq bütün günahı onda görmək düzgün olmazdı. Hücumçular, yarımmüdafiəçilər arxa xəttə kömək etməyəndə, üç müdafiəçi və qapıçıya çox çətin olur. Serbiya ilə görüşdə bunun şahidi olduq”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR