Bank Of Baku

Ələddin Ağai: “Yığmaya bahalı əcnəbi mütəxəssis gətirmək bizə sərf etmir”

Ələddin Ağai: “Yığmaya bahalı əcnəbi mütəxəssis gətirmək bizə sərf etmir”
# 18 oktyabr 2007 14:01 (UTC +04:00)
“Milli komandamızın serblərə böyük hesabla uduzacağını gözləmirdim. Əksinə, yığmamızın qələbə qazanacağına ümid edirdim”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında AFFA-nın baş katibinin müavini Ələddin Ağai deyib. O, Azərbaycan milli komandasının ötən həftə Portuqaliya ilə baş tutan görüşdə daha inamlı təsir bağışladığını söyləyib: “Futbolçularımız Portuqaliyaya qarşı nümayiş etdirdikləri oyunu Serbiya ilə matçda göstərə bilmədilər. Halbuki, portuqaliyalılara oyunda azlıqda qalmışdıq. Serblərlə görüşdə isə komandamız zəif təsir bağışladı. Bəlkə də Şahin Diniyev düzgün seçim etməmişdi”. Ə.Ağai bildirib ki, Serbiyaya 1:6 hesablı məğlubiyyətdən dərhal sonra AFFA rəsmiləri və baş məşqçinin iştirakı ilə iclas keçirilib: “İclasda mənimlə yanaşı, baş katib Elxan Məmmədov, vitse-prezident Elşad Nəsirov və Şahin Diniyev iştirak edirdi. Biz mövcud vəziyyətdən çıxış yolları barədə danışdıq. Qərara aldıq ki, Diniyev yığmamıza noyabrda keçiriləcək son iki rəsmi matçda da rəhbərlik etsin”. AFFA rəsmisi yığmanın baş məşqçi məsələsi barədə indidən konkret fikir yürütməyin mümkün olmadığını vurğulayıb. Ə.Ağai deyib ki, Ş.Diniyevin vəzifəsində qalıb-qalmayacağı ən yaxşı halda, bir aydan sonra məlum olacaq: “Baş məşqçi ilə bağlı qərarı tezliklə açıqlamaq çox çətindir. Onsuz da milli komandaya yeni baş məşqçi gətirilməsi hazırkı vəziyyətdə məqsədəuyğun deyil. Çünki qarşıda bizi iki rəsmi oyun gözləyir. Məhz bu matçlardan sonra bir sıra məsələlərə aydınlıq gətiriləcək”. Milli komandada baş məşqçi dəyişikliyi gerçəkləşəcəyi təqdirdə, bu vəzifənin əcnəbi, yoxsa yerli mütəxəssisə tapşırılacağı da AFFA rəsmisinə qaranlıq qalıb: “Bu vaxta qədər ölkəmizin ən tanınmış məşqçiləri yığmamızda çalışıblar. Onların göstərdikləri nəticələri də hamı yaxşı bilir. Digər tərəfdən milli komandaya bahalı əcnəbi baş məşqçi gətirmək də AFFA-ya sərf etmir”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR