Bank Of Baku

Ağasəlim Mircavadov: “Futbolçulara dişimin dibindən çıxanı dedim”

Ağasəlim Mircavadov: “Futbolçulara dişimin dibindən çıxanı dedim”
# 18 oktyabr 2007 15:56 (UTC +04:00)
“Serbiya ilə oyunda iştirak edən futbolçularımız sərəncamıma qayıtdıqdan sonra onlarla ciddi söhbətim olub. Onları nümayiş etdirdikləri oyuna görə, ciddi tənbeh etmişəm, danlamışam, necə deyərlər, dişimin dibindən çıxanı demişəm. Futbolçularımızın cəzalanması məsələsi qalsın sonraya, hələ klubdakı problemlə bağlı onlarla söhbətləşim, ardından yığma məsələsinə bir daha qayıdaraq, oyunu müzakirə edəcəyəm”. Bu fikirləri “APA-Sport” agentliyinə açıqlamasında “Xəzər-Lənkəran” klubunun baş məşqçisi Ağasəlim Mircavadov deyib. Vaxtilə Azərbaycan milli komandasını çalışdıran A.Mircavadovun sözlərinə görə, futbolçu milli komandaya yollanarkən, məsuliyyəti dərk etməlidir: “Millidə oynamaq hər bir futbolçu üçün şərəfli olduğu üçün dəvəti məmnuniyyətlə qəbul etməlidir. Ancaq təəssüf ki, əksər futbolçular yığmaya getmək istəmir. Milliyə yollanan futbolçu hazır olmalı və yaxşı oyun nümayiş etdirib, qələbə qazanmaq üçün bütün gücünü meydanda qoymalıdır. Ancaq elə futbolçular da var ki, yığmaya layiq olduqları halda, heyətdən kənarda qalırlar. Elələri də var ki, layiq olmasa da, yığmaya çağırılır. Hər bir futbolçu yığmada oynamağa qadirdir. Ancaq gəlin görək, buna hansı səviyyədə imkanı çatır. Açığı, lap elə öz komandamda belə futbolçu var, sadəcə, konkret ad çəkmək istəmirəm. Ceyhun Sultanova psixoloji durumu ilə əlaqədar bir həftəlik istirahət vermişdim ki, Bakıdan kənarda dincəlsin. Ancaq Şahin Diniyev mənimlə məsləhətləşmədən onun yığmaya çağırır”.
Qeyd edək ki, Azərbaycan yığmasına “Xəzər-Lənkəran”ın klubundan Ceyhun Sultanovla yanaşı, Zaur Həşimov, Emin Quliyev, Alim Qurbanov və Elmar Baxşıyev çağırılmışdı. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR