Bank Of Baku

Gənclər və İdman Nazirliyi AFFA-ya yardım edib

Gənclər və İdman Nazirliyi AFFA-ya yardım edib
# 19 oktyabr 2007 08:18 (UTC +04:00)
Avropa çempionatının seçmə qrup mərhələsində iştirak edəcək Azərbaycanın 19 yaşınadək futbolçulardan ibarət milli komandasının (U-19) Moldovaya səfər xərclərini Gənclər və İdman Nazirliyi (AGİN) öz üzərinə götürüb. Bu haqda “APA-Sport” agentliyinə AGİN-in futbol sektorunun müdiri Nüvər Xasıyev məlumat verib. Onun sözlərinə görə, komandaya “2005-2015-ci illərdə Azərbaycan Respublikasında futbolun inkişafına dair Dövlət Proqramı”nın müddəalarına əsasən maliyyə yardımı göstərilib: “Yığmanın beynəlxalq yarışlarda iştirakını təmin etmək məqsədilə U-19-un xərcləri nazirlik tərəfindən ödəniləcək”. 26 nəfərdən ibarət nümayəndə heyətində AGİN-in nümayəndəsi N.Xasıyev olacaq. AFFA-dan isə baş katibini müavini Ələddin Ağai rəhbər təyin edilib. Həmyerlilərimiz oktyabrın 23-də səhər saatlarında Bakı İstanbul - Kişinyov reysilə səfərə yollanacaqlar. Qitə birinciliyinin 11-ci seçmə qrupunda yer alan komandamız Ukrayna (26 oktyabr), Şotlandiya (28 oktyabr) və Moldova (31 oktyabr) ilə qarşılaşacaq. Futbolçularımız noyabrın 1-də vətənə qayıdacaqlar. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR