Bank Of Baku

“Bakı” “Neftçi” oyununun vaxtı dəyişdirilib

“Bakı”  “Neftçi” oyununun vaxtı dəyişdirilib
# 19 oktyabr 2007 08:19 (UTC +04:00)
XVI milli çempionatın VI turundan təxirə salınan “Bakı” “Neftçi” oyununun vaxtı dəyişdirilib. “APA-Sport” agentliyinin məlumatına görə, sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matç nəzərdə tutulduğundan 15 dəqiqə gec 17:15-də başlayacaq. Buna səbəb görüşün Az.TV ilə canlı yayımlanmağıdır. AFFA milli çempionat oyunlarının yayım hüququna malik olan AZ.TV-nin maraqlarını nəzərə alaraq, görüşün 17:15-də başlanması haqda televiziyanın müraciətini müsbət cavablayıb. Federasiya bununla bağlı hər iki paytaxt klubuna rəsmi məktub göndərib. Sabah “Şəfa” stadionunda keçiriləcək VI turdan təxirə salınan “İnter” “Simurq” görüşü isə 18:00-da başlayacaq. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR