Bank Of Baku

Azərbaycan yığması Finlandiyaya çarter reysilə yollanacaq

Azərbaycan yığması Finlandiyaya çarter reysilə yollanacaq
# 19 oktyabr 2007 08:48 (UTC +04:00)
Azərbaycan futbol yığması Avropa çempionatının seçmə mərhələsi çərçivəsində növbəti matçını keçirmək üçün noyabrın 16-da Finlandiyanın paytaxtı Helsinkiyə yollanacaq. Bu barədə “APA-Sport” agentliyinə məlumat verən AFFA-nın Milli Komandalar Departamentinin rəisi Bəhruz Əsgərovun sözlərinə görə, futbolçularımız səfərə çarter reysilə yollanacaqlar. O, bildirib ki, yığmamızın Helsinkidə məskunlaşacağı otel müəyyənləşməyib: “Hələlik futbolçularımızın harada qalacaqları bilinmir. Finlandiyalılar bizə 4 otel təklif ediblər. Biz bu variantlardan birini seçəcəyik”. Qarşılaşma Helsinkidə yerləşən “Olimpiaştadion” arenasında keçiriləcək.
Qeyd edək ki, Azərbaycan və Finlandiya komandaları arasında bu ilin martında Tofiq Bəhramov adına Respublika stadionunda oynanılmış matç yığmamızın 1:0 hesablı qələbəsi ilə nəticələnib. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR