Bank Of Baku

“Bakı” 17 aydır “Neftçi”yə qol vura bilmir

“Bakı” 17 aydır “Neftçi”yə qol vura bilmir
# 19 oktyabr 2007 10:05 (UTC +04:00)
“Bakı” klubu “Neftçi” ilə XVI milli çempionat çərçivəsində sabahkı görüşə seriyasını qırmaq üçün çıxacaq. “APA-Sport” agentliyinin məlumatına görə, paytaxtın eyni adlı komandası 17 aydır “Neftçi”yə qol vura bilmir. Komanda flaqmana sonuncu qolunu ötən ilin mayında braziliyalı hücumçu Leandro Qomeşin sayəsində vurub. Bu, “Bakı”nın 1:0 hesablı qələbəsi və tarixində ilk çempionluğunu qazanmasına gətirib çıxardı. “Bakı” ötən mövsüm “Neftçi” ilə hər iki görüşdə Aqil Məmmədovla Samir Əliyevin vurduğu qollarla 0:1 hesabı məğlub olub. Bir il öncə A.Məmmədovun fərqləndiyi matç “Neftçi”nin seriyanı qırması ilə tarixə düşdü. Məsələ ondadır ki, “Neftçi” məhz həmin görüşdə “Bakı”nı tarixində ilk dəfə məğlub etdi. “Bakı”nın “Neftçi” üzərində sonuncu qələbəni qazandıran futbolçusu L.Qomeş artıq zədəsini tam sağaltdığından, sabah meydana çıxmağa hazırdır. Digər cənubi amerikalı hücumçular argentinalı Fernando Pereslə paraqvaylı İsrail Rodrigesin isə cəza ilə bağlı problemi qalmadığından, görüşdə iştirak edə biləcəklər. Ancaq bolqarıstanlı yarımmüdafiəçisi Asen Nikolov hələ də zədəli olduğu üçün kənarda qalacaq. A.Nikolov “Bakı”nın makedoniyalı baş məşqçisi Qyoko Hacievskinin rəhbərliyi altında çıxış etməyib. Müdafiəçi Vüqar Quliyev də “Neftçi”yə qarşı oynaya bilməyəcək. O, hazırlıq prosesi zamanı belində yaranan ağrılara görə məşqi yarımçıq tərk etməli olub. Yarımmüdafiəçi Elnur Abdullayev isə xoş olaya görə “Neftçi” ilə görüşü buraxacaq. Belə ki, E.Abdullayev bu gün ailə həyatı qurur və Q.Hacievski futbolçuya üç günlük istirahət verib. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR