Bank Of Baku

Vlastimil Petrjela: “Bizimlə oyunda Hacievski üçün heç-heçə, qələbəyə bərabər olacaq”

Vlastimil Petrjela: “Bizimlə oyunda Hacievski üçün heç-heçə, qələbəyə bərabər olacaq”
# 19 oktyabr 2007 10:51 (UTC +04:00)
“Bakı”nın oyunlarını izləmişəm. Komanda xoşuma gəlib. Hesab edirəm ki, görüş çətin olacaq”. Bu fikirləri “APA-Sport” agentliyinə açıqlamasında “Neftçi” klubunun baş məşqçisi Vlastimil Petrjela deyib. “Bakı”nı məğlub etməyin heç də asan olmadığını vurğulayan çexiyalı məşqçi rəqibi döyüşkən komanda kimi qiymətləndirib: “Rəqib əzmkar oyun nümayiş etdirir, meydanın hər qarışı uğrunda mübarizə aparır. “Bakı” üçün itiriləsi bir şey yoxdur. “Neftçi” ilə görüşdə heç-heçə qələbəyə bərabər olacaq. Bizə isə “Olimpik”lə oyundan sonra növbəti heç-heçə böyük zərbə, xal itkisi olacaq və bu səbəbdən mütləq “Bakı”nı məğlub etməliyik”. “Neftçi” qələbə qazanacağı halda, lider “Xəzər-Lənkəran”la xal fərqini 5-ə, “Bakı” rəqibini məğlub edəcəyi halda, 10-a endirəcək. V.Petrjelanın makedoniyalı həmkarından fərqli, milli komandada çıxış edən futbolçularla bağlı problemlərin həlli ilə də məşğuldur. Belə ki, “Bakı”dan Azərbaycan yığmasına futbolçu cəlb olunmadığından, Q.Hacievski çexiyalı həmkarından fərqli, hazırlıq prosesini demək olar tam heyətlə keçirib: “Komandamızın yığmadakı futbolçularının fiziki hazırlığı üzərində çox çalışıram və bərpa prosesinə də vaxt gedir. Serbiya ilə görüşün ertəsi günü futbolçuların bərpa prosesinə, ağır məğlubiyyətdən sonra özlərinə gəlməsinə sərf olundu. Artıq sabah oyundursa, deməli, komandanı oyuna hazırlığa bir gün qalır. Bütün bunlar əlavə çətinlik yaradır”.
Qeyd edək ki, “Neftçi” klubundan milli komandaya 5 futbolçu Ramin Quliyev, Ramazan Abbasov, Aleksandr Çertoqanov, Branimir Subaşiç və Samir Əliyev cəlb edilmişdi. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR