Bank Of Baku

UEFA Azərbaycan yığmasının kapitanı Aslan Kərimovu iki oyunluq diskvalifikasiya edib

UEFA Azərbaycan yığmasının kapitanı Aslan Kərimovu iki oyunluq diskvalifikasiya edib
# 19 oktyabr 2007 11:20 (UTC +04:00)
Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Azərbaycan milli komandasının kapitanı Aslan Kərimovla bağlı qərar çıxarıb. “APA-Sport” agentliyinin məlumatına görə, qitə futbol təşkilatının Nizam-İntizam Komitəsi Portuqaliya yığması ilə oktyabrın 13-də Bakıda keçirilən matçda rəqib komandanın kapitanı Kriştiano Ronaldonu dirsəyi ilə vurduğu üçün birbaşa qırmızı vərəqə alan A.Kərimovu iki oyunluq cəzalandırıb. Millimizin kapitanı Serbiya ilə oktyabrın 17-də Bakıda keçirilən oyunu buraxdığından, Finlandiya ilə noyabrın 17-də səfər matçından sonra cəzası başa çatacaq. Ancaq UEFA AFFA-ya göndərdiyi faksda A.Kərimovun 2008-ci il Avropa çempionatının seçmə mərhələsinin son görüşü olan noyabrın 21-də Belçika ilə Bakıdakı oyunu da buraxacağını göstərib. AFFA isə UEFA-ya cavab olaraq göndərdiyi faksda bu anlaşılmazlığına aydınlıq gətirməyə çalışır. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR