Bank Of Baku

Arif Əsədov Azərbaycan yığmasının heyətini açıqlayıb

Arif Əsədov Azərbaycan yığmasının heyətini açıqlayıb
# 19 oktyabr 2007 12:19 (UTC +04:00)
Azərbaycanın 19 yaşınadək futbolçulardan ibarət milli komandasının (U-19) heyəti açıqlanıb. “APA-Sport” agentliyinin məlumatına görə, Avropa çempionatının ilkin seçmə qrup mərhələsində mübarizə aparacaq yığmamıza 18 futbolçu dəvət olunub. Bunlar Elçin Sadıqov, Səlahət Ağayev, Tural Nərimanov, Elxan Cəbrayılov, Şəhriyar Rəhimov, Bayram Kərimov, Emin Cəfərquliyev, Miryusif Cavadov, Maksim Medvedyev, Eldar Hüseynov, İsabala İsrafilov, Elşən Hacıyev, Emin Ağaməmmədli, Rahid Əmirquliyev, Şəhriyar Xəlilov, Eşqin Quliyev, Rauf Əliyev və Bəxtiyar Soltanovdur. Arif Əsədovun rəhbərlik etdiyi kollektiv qitə birinciliyinin seçmə mərhələsindəki bütün oyunlarını Moldovanın paytaxtı Kişinyovda keçirəcək. Oyunlar 26-31 oktyabr aralığında baş tutacaq. Komandamıza meydan sahibləri ilə yanaşı, Şotlandiya və Ukrayna rəqib olub. Qrupda ilk iki yeri tutacaq yığmalar növbəti mərhələyə vəsiqə qazanacaqlar. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR