Bank Of Baku

Qurban Qurbanovun İtaliyaya səfəri təxirə salınıb

Qurban Qurbanovun İtaliyaya səfəri təxirə salınıb
# 19 oktyabr 2007 12:31 (UTC +04:00)
“Neftçi” klubunun idman direktoru Qurban Qurbanovun İtaliyaya nəzərdə tutulan səfəri təxirə salınıb. Bu haqda “APA-Sport” agentliyinə Qurban Qurbanovun özü məlumat verib. Onun sözlərinə görə, viza probleminin həlli bu gün başa çatmadığı üçün səfərin reallaşması sonraya qalıb. Belə olan halda, bu günə Bakı-Milan reysinə bilet bron edən Q.Qurbanov İtaliya oktyabrın 29-da yollanacaq. “Neftçi”nin sabiq baş məşqçisinin səfərində məqsəd həm staj artırma, həm də klubun futbol məktəbinin oradakı futbol akademiyası ilə sıx əməkdaşlığının yaradılmasıdır. İtaliyaya iki aylıq səfərində əsasən Peruca və Askoli şəhərlərində olacaq Q.Qurbanov hazırlıq kurslarında iştirak etməklə yanaşı, A seriyasının oyunlarını izləyəcək. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR