Bank Of Baku

Azərbaycanlı həkimin dissertasiya işi FİFA-nın marağına səbəb olub

Azərbaycanlı həkimin dissertasiya işi FİFA-nın marağına səbəb olub
# 19 oktyabr 2007 13:07 (UTC +04:00)
Türkiyə Futbol Federasiyasının (TFF) Tibb Komitəsinin sədri, əslən azərbaycanlı həkim Mehmetin apardığı araşdırma FİFA-nın marağına səbəb olub. “APA-Sport” agentliyinin məlumatına görə, M.Binnətin rəhbərlik etdiyi tibbi qrupun “İsti hava şəraitində futbol oyunu” mövzusunda dissertasiya işi ilə bağlı FİFA Tibb Komissiyasının prezidenti İrji Dvorak tərəfindən TFF prezidenti Haluk Ulusoya məktub gəlib. Məktubda İ.Dvorak FİFA prezidenti Yozef Blatterin isti havanın futbola təsirinin müəyyənləşdirilməsi xahişi ilə onlara müraciət etdiyini vurğulayıb. O, M.Binneti apardığı araşdırmanın nəticələrini açıqlamaqdan ötrü noyabrın 1-də FİFA-ya dəvət edib. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR