Qyoko Hacievski: “Petrjelaya məğlub olmaq fikrində deyiləm”
19 oktyabr 2007 15:58 (UTC +04:00)
“Neftçi” ilə görüşdə məğlub olmaq, yaxud heç-heçə oynamaq fikrində deyiləm. Məni sabahkı matçda bir yox, üç xal qazanmaq maraqlandırır. Buna görə də yalnız qələbə haqda düşünürəm”. Bu fikirləri “APA-Sport” agentliyinə açıqlamasında “Bakı” klubunun baş məşqçisi Qyoko Hacievski deyib. İddialı danışan makedoniyalı mütəxəssis “Neftçi”ni çalışdıran həmkarı Vlastimil Petrjela ilə görüşün maraqlı və çətin olacağını qeyd edib: “Petrjela ilə ilk dəfə görüşəcəyəm. Onun komandası ilə oyun ağır olacaq. Fikrimcə, hər iki komanda matça böyük motivasiya ilə çıxacaq. Deyə bilmərəm ki, komandam “Neftçi” ilə oyuna tam hazırdır. Problemlərimiz olsa da, hər halda, nizam-intizamla bağlı hər şey qaydasındadır”. Son iki turda bir xal toplayan Q.Hacievski bir aydan artıqdır Azərbaycan çempionatında qələbə üzünə həsrət qalıb. Makedoniyalı mütəxəssis “Neftçi” ilə görüşdə uğur qazansa, V.Petrjelanı Azərbaycanda məğlub edən ilk məşqçi kimi tarixə düşəcək. /APA-Sport/
Döyüş növləri
FHN-in karate komandasının üzvləri turnirdə yüksək nəticələr əldə ediblər
13:05
10 oktyabr 2024
Azərbaycan taekvondoçuları dünya çempionatına yollanıb
12:53
26 sentyabr 2024
FHN-in kikboksinq üzrə idmançıları Azərbaycan çempionatında yüksək nəticələr əldə ediblər
15:47
19 sentyabr 2024
FHN-in cüdo komandasının idmançıları Avropa birinciliyində uğur qazanıblar
15:02
17 sentyabr 2024