Bank Of Baku

“Askoli” klubunun prezidenti “Neftçi” rəhbərliyinin dəvəti ilə Bakıya gəlir

“Askoli” klubunun prezidenti “Neftçi” rəhbərliyinin dəvəti ilə Bakıya gəlir
# 19 oktyabr 2007 16:17 (UTC +04:00)
İtaliyanın “Askoli” klubunun futbol akademiyasının prezidenti Azərbaycana səfərə hazırlaşır. Bu haqda “APA-Sport” agentliyinə məlumat verən “Neftçi” klubunun idman direktoru Qurban Qurbanovun sözlərinə görə, italyan mütəxəssis onların dəvətini qəbul edib: “Domeniçi soyadlı italiyalı mütəxəssis “Neftçi” futbol klubunun dəvəti ilə Bakıya gələcək. Bu səfərin oktyabrın 22-dən 26-dək əhatə edəcəyi gözlənilir. Bizə göndəriləcək faksda daha dolğun məlumat veriləcək. Hər halda, səfər 90 faiz dediyim vaxtda reallaşacaq”. Q.Qurbanov italiyalı mütəxəssisin Bakıda olduğu müddətdə “Neftçi”nin futbol məktəbinin vəziyyəti ilə tanış olacaq. İtalyanlarla sıx əlaqə qurmaq fikrində olan flaqman gələcək əməkdaşlığın təməlini Bakıda quracaq. Ardından İtaliyaya uzun müddətli səfər edəcək Q.Qurbanov viza probleminin həllini gözləyir: “Viza məsələmi oktyabrın 26-dək həll edə bilsəm, italyanla birgə Askoli şəhərinə yollanacağam. Əks təqdirdə, oktyabrın 29-da İtaliyaya iki aylıq səfərə çıxacağam”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR