Bank Of Baku

Azərbaycan yığmasının kapitanı problemlə üzləşib

Azərbaycan yığmasının kapitanı problemlə üzləşib
# 20 oktyabr 2007 09:27 (UTC +04:00)
Azərbaycanın 19 yaşlılardan ibarət yığma komandası Moldovada keçiriləcək Avropa çempionatının seçmə mərhələ oyunları çərçivəsində heyətlə bağlı problemlə üzləşib. “APA-Sport” agentliyinin məlumatına görə, komandanın kapitanı Tural Nərimanovun zədə problemi var. “Standard” klubunun müdafiəçisi xeyli vaxtdır zədədən əziyyət çəkir və yığmanın son hazırlıq prosesinə də bu səbəbdən cəlb olunmayıb. Baş məşqçi Arif Əsədov “Neftçi” klubunun həkimi Murad Mərdanovla futbolçunun müalicəsi ilə bağlı məsləhətləşməli olub. M.Mərdanovun T.Nərimanova bir müddət istirahət verilməsini, Avropa çempionatının seçmə mərhələ oyunlarına qədər sağalmasına xidmət edib. Azərbaycanın yığmasının sentyabrdakı görüşlərinə cəlb edilən “Standard”ın müdafiəçisi bu səbəbdən Farer adaları və Albaniya ilə oyunlardan kənarda qalıb. Zədəsi tam sağalmayan T.Nərimanova Moldovaya yollanacaq 18 nəfərlik heyətdə yer verilib. Avropa çempionatının seçmə mərhələ oyunlarına hazırlığa bu gün başlayaraq millimiz oktyabrın 22-dən 23-ə keçən gecə Moldovaya yollanacaq. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR