Bank Of Baku

“Qaraba𔝠yenidən Ağdama qayıdır

“Qaraba𔝠yenidən Ağdama qayıdır
# 20 oktyabr 2007 09:33 (UTC +04:00)
“Qaraba𔝠klubunun üzvləri sabah Ağdama yollanacaq. “APA-Sport” agentliyinin məlumatına görə, klubun vitse-prezidenti Tahir Gözəlin rəhbərlik etdiyi nümayəndə heyətinin Ağdama səfərində Quzanlı kəndində yeni mini-futbol stadionunun açılışında iştirak etməkdir. Rəhbərliyin yerli uşaqlara top və 500 sayda forma paylayacağı nəzərdə tutulub. Səfərə mətbuat nümayəndələrini də aparacaq “Qaraba𔝠stadionun açılışından sonra media işçiləri ilə yoldaşlıq görüşü keçirəcək. Ağdam klubu iki il öncə də doğma bölgəyə analoji səfər etmişdi. Səfər başa çatdıqdan sonra komanda Qazaxa yollanıb, Azərbaycan kubokunun 1/8 final mərhələsi çərçivəsində Tovuzun “Turan” klubu ilə səfərdə keçirəcəyi görüşə hazırlaşacaq. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR