Bank Of Baku

Saşa Yunusoğlu 90 dəqiqə oynadı

Saşa Yunusoğlu 90 dəqiqə oynadı
# 20 oktyabr 2007 10:07 (UTC +04:00)
Azərbaycan yığmasının müdafiəçisi Saşa Yunisoğlunun Polşa çempionatında keçirdiyi ardıcıl ikinci oyun da uğurlu olub. “APA-Sport” agentliyinin məlumatına görə, həmyerlimizin iştirak etdiyi növbəti görüşdə də şərəfini qoruduğu “Qrotslin” klubu qələbə qazanıb. Ötən tur səfərdə çempion “Zaqlebiye”ni 2:1 hesabı ilə məğlub edən “Qrotslin” bu dəfə öz meydanında “Lex” üzərində qələbə qazanıb 1:0. 22 yaşlı futbolçumuz yenə 90 dəqiqə meydanda olub. 11 oyundan sonra hesabında 22 xal olan “Qrotslin” turnir cədvəlində bir pillə yüksələrək, 4-cü yerdə qərarlaşıb və lider “Visla” klubundan 4 xal geri qalır. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR