Bank Of Baku

Portuqaliya Futbol Federasiyası Luis Felipe Skolarini 35 min avro cərimələyib

Portuqaliya Futbol Federasiyası Luis Felipe Skolarini 35 min avro cərimələyib
# 20 oktyabr 2007 10:57 (UTC +04:00)
Portuqaliya yığmasının baş məşqçisi Luis Felipe Skolari 35 min avro cərimələnib. “APA-Sport” agentliyinin məlumatına görə, braziliyalı mütəxəssisi Portuqaliya Futbol Federasiyası cəriməyə məruz qoyub. Səbəb L.F.Skolari sentyabrın 12-də keçirilən Serbiya millisi ilə Avropa çempionatının seçmə qrup oyununun sonlarında rəqib futbolçu İvitsa Draqutinoviçə yumruq atması olub. Bu hərəkətinə görə, o, UEFA Nizam-İntizam Komitəsi tərəfindən 4 oyunluq cəza və 12 min avro cərimə edilmişdi. Sonradan UEFA Apellyasiya Komitəsi L.F.Skolarinin cəzasını 3 oyuna endirib. Nəticədə baş məşqçi Azərbaycan və Qazaxıstan yığmaları ilə son iki oyunu tribunadan izləyib. Noyabrın 17-də Ermənistanla görüşdə də o, texniki zonaya buraxılmayacaq. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR