Bank Of Baku

Şahin Diniyev AFFA-nın Məşqçilər Şurasının bu gün keçirilən iclasına qatılmayıb

Şahin Diniyev AFFA-nın Məşqçilər Şurasının bu gün keçirilən iclasına qatılmayıb
# 22 oktyabr 2007 10:52 (UTC +04:00)
Bu gün AFFA-nın mənzil-qərargahında AFFA-nın Məşqçilər Şurasının iclası keçirilib. “APA-Sport” agentliyinin məlumatına görə, milli komandamızın Bakıda keçirdiyi son iki oyunla, əsasən də, Serbiya yığmasına 1:6 hesablı məğlubiyyətlə bağlı keçirilən iclasda baş məşqçi Şahin Diniyev iştirak etməyib. AFFA-nın rəhbərliyi bunu Ş. Diniyevin səhhətində, psixoloji durumunda yaranmış problemlə əlaqələndirib. İclasda AFFA rəhbərliyindən vitse-prezident Elşad Nəsirovla baş katib Elxan Məmmədov, 7 klubun baş məşqçisi Vlastimil Petrjela (“Neftçi”), Qyoko Hacievski (“Bakı”), Rasim Kara (“Qarabağ”), Valentin Xodukin (“İnter”), Əsgər Abdullayev (“Olimpik”), Yunis Hüseynov (“Standard”), Təbriz Həsənov (“Karvan”) və “Gənlərbirliyi”nin vitse-prezidenti Vaqif Sadıqov iştirak edib. Federasiya rəhbərliyi millinin hazırkı vəziyyətdən çıxış yolu ilə bağlı mütəxəssislərin fikirlərini dinləyib. Klub çalışdırıcıları tövsiyələrində heyətin gücləndirilməsi, bu məqsədlə kənarda qalan futbolçuların cəlb olunmasının vacibliyini qeyd ediblər. Məşqçilər Şurasının iclasında AFFA prezidenti Ramiz Mirzəyevlə telefon əlaqəsi yaradılıb və ona lazımi məlumatlar verilib. Səhhətindəki problemlərlə əlaqədar hazırda müalicə olunan federasiya başçısının fikirləri və tövsiyələri dinlənilib. Qeyd edək ki, AFFA Məşqçilər Şurasının yaxın vaxtlarda yenidən iclasının keçirilməsinin zəruriliyi, toplantıda R. Mirzəyevin də iştirakının nəzərdə tutulduğu bildirilib. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR