Bank Of Baku

Vlastimil Petrjela: “Hələlik təxribat haqda danışmaq istəmirəm”

Vlastimil Petrjela: “Hələlik təxribat haqda danışmaq istəmirəm”
# 22 oktyabr 2007 11:39 (UTC +04:00)
“Bakı” klubuna 1:5 hesablı məğlubiyyətdən çox məyus olduğumu deməzdim. Gördüyünüz kimi, oyunumuz alınmadı və məntiqə uyğun nəticə qeydə alındı”. “APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri “Neftçi” klubunun baş məşqçisi Vlastimil Petrjela deyib. Rusiyada “Zenit” klubunu çalışdırarkən 1:7 hesabı ilə də uduzduğunu vurğulayan çexiyalı mütəxəssis hazırda komandasının ağır məğlubiyyətinə görə məsuliyyəti öz üzərinə götürdüyünü söyləyib: “Rüsvayçı məğlubiyyətə uğradıq və komandaya, nəticəyə görə cavabdeh mənəm. Belə hesablı məğlubiyyəti gözləmirdim. Bu futboldur, komanda uduzar, amma daha 1:5 hesabı ilə yox. Heyətdə dəyişikliklərlə bağlı indi heç nə edə bilmərəm. Çünki ehtiyat qüvvə baxımından problemimiz var. Kimisə əvəzləməyə futbolçu yoxdur, bəzi mövqelərimiz fəaliyyətsizdir. Müdafiəçi və cinah yarımmüdafiəçiləri sarıdan korluq çəkirik. Hər halda, bu problemləri həll edəcəyik”. Komandada kənar şəxslərin olduğunu qeyd edən V.Petrjela məğlubiyyətin bununla bağlı olması sualına birmənalı cavab verməyib: “Bu bizim daxili problemdir. Hələlik təxribat haqda danışmaq istəmirəm. Belə şeylər olur və qüvvəmizi səfərbər etməliyik”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR