Bank Of Baku

AFFA rəhbərliyi Şahin Diniyevi axtarır

AFFA rəhbərliyi Şahin Diniyevi axtarır
# 22 oktyabr 2007 12:11 (UTC +04:00)
Azərbaycan yığmasının baş məşqçisi Şahin Diniyevin 2008-ci il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində noyabrın 17-də Finlandiya ilə səfərdə, bundan dörd gün sonra Belçika ilə Bakıda keçirilən matçlarda postunda olacağı sual atındadır. “APA-Sport” agentliyinin məlumatına görə, çalışdırıcının hazırkı postunda fəaliyyətini davam etdirib-etdirməyəcəyi ilə məsələyə AFFA-nın Məşqçilər Şurasının bu gün keçirilmiş iclasında aydınlıq gəlməyib. Məsələni ilk növbədə Ş.Diniyevin özü ilə müzakirə etmək fikrində olan AFFA bu yöndə problemlə üzləşib. Məsələ ondadır ki, federasiya rəhbərliyi Serbiya yığmasına 1:6 hesablı məğlubiyyətdən sonra telefonlara cavab verməyən baş məşqçi ilə nəinki görüşməkdə, hətta əlaqə yaratmaqda çətinlik çəkir. Bu problemi yaxın vaxtlarda həll etmək fikrində olan federasiya rəhbərliyi stress vəziyyətindən çıxmağa çalışan Ş.Diniyevlə məsələni müzakirə etdikdən sonra qərarını verəcək. Hazırda Bakıda olmayan baş məşqçi yığmanı Finlandiya və Belçika ilə matçlara çıxara bilməzsə, bu iki matça başqa mütəxəssisin təyin edilməsi gündəmə gələcək. Bu məsələnin müzakirə edildiyi AFFA-nın Məşqçilər Şurasının iclasında Ş.Diniyevi köməkçilərindən, yoxsa, klub çalışdırıcılarından kiminsə əvəzləməsi hələ bəlli deyil.
Qeyd edək ki, Serbiya yığmasına 1:6 hesablı məğlubiyyətdən sonra Ş.Diniyevin istefasını qəbul etməyən AFFA rəhbərliyi iki oyuna yeni baş məşqçi tapmağın çətinliyini əsas gətirərək, Finlandiya və Belçika ilə matçlarda komandanın sükanı arxasında olmağı tapşırıb. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR