Bank Of Baku

Vaqif Sadıqov: “Şahin Diniyev hesabat verməlidir”

Vaqif Sadıqov: “Şahin Diniyev hesabat verməlidir”
# 22 oktyabr 2007 12:58 (UTC +04:00)
“Şahin Diniyevin iştirak etmədiyi toplantıda onun fəaliyyəti ilə bağlı fikir söyləmək, işinə qiymət vermək etik normalarla ziddir”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında Azərbaycan yığmasının sabiq baş məşqçisi Vaqif Sadıqov deyib. Hazırda Sumqayıtın “Gənclərbirliyi” klubunda vitse-prezident postunu tutan V.Sadıqovun sözlərinə görə, Ş.Diniyevin AFFA-nın Məşqçilər Şurasının iclasında iştirak etməməyi toplantıya öz təsirini göstərib: “Toplantıda iştirak edən həmkarım Əsgər Abdullayevin o fikri ilə razıyam ki, baş məşqçi hesabat verməli, onu dinləyən mütəxəssislər suallarını verib, cavab almalı idi. Diniyev iclasa qatılmadığı üçün bunu reallaşdırmaq mümkün olmadı. Onun ağır məğlubiyyətdən sonra düşdüyü vəziyyəti başa düşürəm və hesab edirəm ki, bu çətin vəziyyətdə ona dəstək olmalıyıq. Fikrimcə, Diniyevə son iki matçda milli komandanın sükanı arxasında işinin görməsinə imkan yaratmalıyıq”. V.Sadıqov AFFA-nın Məşqçilər Şurasının iclası ilə bağlı nikbin fikirdə olduğunu bildirib: “Toplantıda millinin son məğlubiyyətindən sonra futbolumuzun acınacaqlı durumu, bunun səbəbləri, çıxış yolları, gələcək iki oyun haqda danışıldı. Hesab edirəm ki, çox konstruktiv dialoq oldu və gələcəkdə bunun bəhrəsini görəcəyik. Yaxın vaxtlarda AFFA Məşqçilər Şurasının iclasının yenidən keçirilməsi nəzərdə tutulub”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR