Bank Of Baku

Ağasəlim Mircavadov: “Mənim milli komandanı çalışdırmağım real deyil”

Ağasəlim Mircavadov: “Mənim milli komandanı çalışdırmağım real deyil”
# 22 oktyabr 2007 13:40 (UTC +04:00)
“Milli komandanın baş məşqçisi sərbəst olmalı, hansısa klubu çalışdırmamalıdır”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında Azərbaycan yığmasının sabiq baş məşqçisi Ağasəlim Mircavadov deyib. 60 yaşlı mütəxəssis hazırda sükanı arxasında olduğu “Xəzər-Lənkəran”la yanaşı, milli komandanı da çalışdırması variantını real saymır: “Yığmanın baş məşqçisinin klubda olmamağı vacib şərtdir. Çünki millinin heyətini müəyyənləşdirmək üçün sərbəst olub, bütün oyunları izləməlidir. Baş məşqçinin kluba bağlılığı işin ümumi gedişinə öz mənfi təsirini göstərir. Bu səbəbdən mənim “Xəzər-Lənkəran”ın baş məşqçisi kimi, həm də millini çalışdırmağım real deyil. Bir də ki, millinin hazırkı baş məşqçisi Şahin Diniyevi işindən çıxarmayıblar ki. Mənə millidən təklif gəlməyib. Hazırda “Xəzər-Lənkəran”ın baş məşqçisiyəm və klubda fəaliyyətimi davam etdirmək fikrindəyəm”.
Qeyd edək ki, A.Mircavadov 1994/1995-ci illərdə Azərbaycan yığmasının baş məşqçisi olub. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR