Bank Of Baku

Branimir Subaşiç Andrey Şevçenkonu qabaqlayıb

Branimir Subaşiç Andrey Şevçenkonu qabaqlayıb
# 22 oktyabr 2007 15:14 (UTC +04:00)
Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyası (İFFHS) ən sərrast oyunçuların növbəti siyahını açıqlayıb. “APA-Sport” agentliyinin məlumatına görə, 136 futbolçu arasında “Neftçi” klubunun və Azərbaycan yığmasının serbiyalı hücumçusu Branimir Subaşiç də yer alıb. 5 qolla 109-cu yerdə qərarlaşan B.Subaşiç 24 pillə geriləyib. Siyahıda minimum 5 qol vuran 53 futbolçunun adı göstərilib. B.Subaşiç kimi, 5 qol vuraraq, siyahıda ondan öndə dayanan oyunçular arasında “Barselona”nın şərəfini qoruyan Ronaldinyo və Tyeri Anrini qeyd etmək olar. T.Anridən üç pillə geri qalan B.Subaşiç fransalı hücumçu kimi, yığmada 4, avrokuboklarda 1 qol vurub. “Neftçi”nin hücumçusunun qabaqladığı futbolçular arasında ukraynalı Andrey Şevçenko (“Çelsi”), hollandiyalı Dirk Kuyt (“Liverpul”), ispaniyalı David Silva (“Valensiya”) və irlandiyalı Robbi Kini (“Tottenhem) göstərmək olar.
Qeyd edək ki, B.Subaşiç Azərbaycan yığmasının heyətində Gürcüstan, Polşa və Özbəkistana bir, Tacikistana iki qol vurub. Serbiyalı hücumçunun klub səviyyəsində beynəlxalq miqyasda vurduğu yeganə qol isə “Neftçi”nin heyətində Avstriyanın “Rid” klubu ilə UEFA kubokunda Bakıdakı görüşə təsadüf edib. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR