Bank Of Baku

Azərbaycan yığmasının üzvü Rusiya çempionatının birinci dəstəsində çıxış edəcək

Azərbaycan yığmasının üzvü Rusiya çempionatının birinci dəstəsində çıxış edəcək
# 23 oktyabr 2007 08:44 (UTC +04:00)
Azərbaycanın 19 yaşlılardan ibarət yığma komandasının (U-19) üzvü Denis Rodionovun şərəfini qoruduğu Rusiyanın “Sportakademklub” klubu birinci dəstəyə yüksəlib. “APA-Sport” agentliyinin məlumatına görə, Emin Ağayevin çıxış etdiyi “Nara-Desna” klubu kimi, Rusiya çempionatının ikinci dəstəsinin Qərb zonasında çıxış edən “Sportakademklub” 29-cu turda öz meydanında “Torpedo-RQ” ilə 1:1 hesablı heç-heçə edib. Qazanılan bir xal D.Rodionovun komandasının həm birinci dəstəyə yüksəlməsini, həm də çempionatı lider kimi başa vurmasını rəsmiləşdirib. Hesabında 57 xal olan “Sportakademklub” turnir cədvəlində ən yaxın izləyicisi “Şeksna” klubunu 4 xal qabaqlayıb. Rostov futbol məktəbinin yetirməsi olan və Azərbaycanın 17 yaşlılardan ibarət komandasında da çıxış edən D.Rodionov U-19-a Avropa çempionatının ilk seçmə mərhələ oyunlarında kömək edə bilməyəcək. Buna səbəb çempionat oyunları ilə əlaqədar klub rəhbərliyinin futbolçunu Azərbaycan yığmasına buraxmamağıdır. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR