Bank Of Baku

UEFA AFFA-dan üzr istəyib

UEFA AFFA-dan üzr istəyib
# 23 oktyabr 2007 08:45 (UTC +04:00)
Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) AFFA-dan üzr istəyib. “APA-Sport” agentliyinin məlumatına görə, Azərbaycan milli komandasının kapitanı Aslan Kərimovu Portuqaliya ilə oyunda qırmızı vərəqə aldığı üçün iki oyunluq cəzalandıran UEFA futbolçumuzun Finlandiya ilə səfər və Belçika ilə Bakıdakı matçlarının buraxacağının yanlış olmasını AFFA-ya göndərdiyi faksda göstərib. Qitə futbol qurumunun cəzasına görə, Serbiya ilə görüşü buraxan A.Kərimov Finlandiya ilə oyundan sonra diskvalifikasiyası başa çatmalı və Belçika ilə matçda meydana çıxmaq hüququna malikdir. AFFA-nın müraciətinə cavabında bunu təsdiqləyən UEFA yaranmış anlaşmazlığa görə üzrxahlığını bildirib.
Qeyd edək ki, A.Kərimov Portuqaliya ilə Bakıdakı oyunda Kriştiano Ronaldonu dirsəyi ilə vurduğu üçün meydandan qovulub. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR