Bank Of Baku

Azərbaycan yığması Moldovaya yollanıb

Azərbaycan yığması Moldovaya yollanıb
# 23 oktyabr 2007 11:00 (UTC +04:00)
Azərbaycanın 19 yaşlılardan ibarət yığma komandası bu gün Moldovaya yollanıb. “APA-Sport” agentliyinin məlumatına görə, Arif Əsədovun baş məşqçisi olduğu yığma komanda Kişinyovda oktyabrın 26-dan 31-dək keçiriləcək Avropa çempionatının ilk seçmə mərhələ oyunlarında iştirak edəcək. Komandamızın bu gün Kişinyovda yerli vaxtla 17:00-da (bizim vaxtla 19:00) ilk məşqinə çıxması nəzərdə tutulub. Moldovaya 18 futbolçu ilə yollanan nümayəndə heyətinə AFFA-nın baş katibinin müavini Ələddin Ağai ilə yanaşı, Azərbaycan Gənclər və İdman Nazirliyinin (AGİN) futbol sektorunun müdiri Nüvər Xasıyev də yer alıb. Yığmamızın Avropa çempionatının seçmə mərhələsində iştirakı ilə bağlı xərcləri nazirlik öz üzərinə götürüb. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR