Bank Of Baku

“Qaraba𔝠klubuna texniki məğlubiyyət verilib

“Qaraba𔝠klubuna texniki məğlubiyyət verilib
# 23 oktyabr 2007 14:13 (UTC +04:00)
AFFA “Qaraba𔝠klubuna texniki məğlubiyyət verib. “APA-Sport” agentliyinin məlumatına görə, buna səbəb 1990/91 təvəllüdlülərdən ibarət komandanın 9 nömrəli futbolçu Mavil Quliyevin AFFA-da qeydiyyatdan keçmədiyi halda, meydana çıxması olub. Nəticədə komandaya “Neftçi”ni yendiyi (1:0) matça görə 0:3 hesablı məğlubiyyət verilib. “Neftçi”nin 1990/91 təvəllüdlülərindən ibarət komandasının baş məşqçisi İsmayıl Hüseynov “Qaraba𔝠ilə görüşdən sonra hakimlər otağına daxil olaraq, hakimləri təhqir etdiyi üçün 4 oyunluq cəzalandırılıb. M.Quliyev sentyabrın 28-də “Standard”ı (3:0) və oktyabrın 5-də “İnter”i (2:0) məğlub etdiyi matçlarda da meydana çıxdığından, “Qaraba𔝠texniki məğlubiyyət alıb. AFFA belə xoşagəlməz halların təkrarlanmamağı üçün güclülər dəstəsində çıxış edən bütün klublara xəbərdarlıq məktubu göndərib. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR