Bank Of Baku

Valentin Xodukin: “Mahmud bilərəkdən sarı vərəqə alıb”

Valentin Xodukin: “Mahmud bilərəkdən sarı vərəqə alıb”
# 23 oktyabr 2007 16:29 (UTC +04:00)
“İnter” klubu Lənkərana Mahmud Qurbanovsuz yollanıb. “APA-Sport” agentliyinin məlumatına görə, veteran futbolçu cəzalı olduğu üçün Azərbaycan kuboku uğrunda “Masallı” klubu ilə sabah keçirilən səfər matçında iştirak etməyəcək. Paytaxt klubunun ukraynalı baş məşqçisi Valentin Xodukin “APA-Sport” agentliyinə açıqlamasında M.Qurbanovu qəsdən Lənkərana aparmadığını söyləyib: “Mən özüm istəmədim ki, Mahmud Lənkərana getsin. Onsuz da cəzalıdır və “Masallı” ilə sabahkı matçda bizə kömək etməyəcək. Belə olan halda, Mahmudu özümüzlə aparmağın nə mənası var? Üstəlik, Lənkərana qayıtmaq onun psixoloji durumuna mənfi təsir göstərəcək”. “Xəzər-Lənkəran”ın sabiq futbolçusu olan M.Qurbanov “Masallı” ilə Bakıda keçirilən çempionat oyununda azarkeşlərin təzyiqi ilə üzləşib. 34 yaşlı yarımmüdafiəçi “Simurq”la görüşdə cari mövsümdə dördüncü sarı vərəqəsini almaqla, cəzalı duruma düşüb. V.Xodukinin sözlərinə görə, M.Qurbanov dördüncü sarı vərəqəsini bilərəkdən alıb: “Mahmud bilərəkdən sarı vərəqə alaraq, cəzalı duruma düşdü. Çünki o qarşıdakı çempionat oyunlarında bizə daha çox lazımdır. Mahmud kubok matçını buraxdıqdan sonra belə problemi olmayacaq”.
Qeyd edək ki, “İnter” növbəti turda oktyabrın 29-da “Qarabağ”ın qonağı olacaq. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR