Bank Of Baku

Federasiya prezidenti futbolçulara mükafat vəd edib

Federasiya prezidenti futbolçulara mükafat vəd edib
# 24 oktyabr 2007 08:14 (UTC +04:00)
Ermənistan Futbol Federasiyasının prezidenti Ruben Ayrapetyan milli komanda üzvlərinə mükafat vəd edib. “APA-Sport” agentliyinin məlumatına görə, federasiya başçısı yığmada 100 oyun keçirən futbolçuya 5000 dollar mükafat verəcəyini bildirib. Bu mükafata əsas namizəd millinin kapitanı Sarkis Ovsepyandır. Rusiyanın “Zenit” klubunda çıxışı ilə tanınan, hazırda “Pünik”in şərəfini qoruyan 35 yaşlı futbolçu yığmada 93 oyun keçirib və 1 qol vurub. Azərbaycan yığması ilə oyunların keçirilməsinin çılğın tərəfdarlarından olan S.Ovsepyanın şəxsi göstəricisinə görə də maraqlı idi. Belə ki, UEFA-nın Azərbaycan Ermənistan matçlarının keçirilməməyi ilə bağlı qərar çıxarması S.Ovsepyanın millidə oyunlarının sayının 95-ə çatması və bununla da 5000 dollar mükafata bir qədər yaxınlaşmasına əngəl olub. Azərbaycan millisində də ən çox oyun keçirən yığmanın kapitanı Aslan Kərimovdur. Ağdamın “Qaraba𔝠klubunun kapitanı millidə 78 oyun keçirib. Portuqaliya ilə qarşılaşmada qırmızı vərəqə aldığı üçün UEFA-nın iki oyunluq cəzasına məruz qalan A.Kərimov noyabrın 21-də Belçika ilə Bakıda rəsmi, dekabrın 9-da Qətərlə səfərdə yoldaşlıq görüşündə meydana çıxacağı halda, millidə 80 matç keçirmiş olacaq. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR